Fontu böyüt:
Ağdam klubunun azarkeşlərinin “facebook” səhifəsində Azərbaycan əleyhinə təbliğat aparılır
“Qarabağ”ın azarkeşlərinin “facebook” sosial şəbəkəsindəki fanat səhifəsi oğurlanıb. Ağdam təmsilçisinin “Qarabag azarkesleri-IMARET fan-klub" adlı azarkeş səhifəsi ermənilər tərəfindən ələ keçirilib.
Fəaliyyət müddəti ərzində klubda baş verən proseslər, futbolçular haqqında məlumatlar və bir sıra maraqlı mövzularla azarkeşləriməlumatlandıran “Qarabag azarkesleri-IMARET fan-klub" səhifəsini ermənilər bu gün axşam saatlarında “hack” ediblər. Səhifədə siyasi paylaşımlar gerşəkləşdirən ermənilər bu yolla özlərinin uydurduqları “erməni soyqırımı”nı yaymaq istəyiblər.
Azərbaycanlı azarkeşlərin kəskin reaksiyasına səbəb olan bu hadisə şərhlərdə öz əksini tapıb. Həmvətənlərimiz bu addımı pisləyərək, ermənilərin yaydığı yanlış məlumatların əleyhinə rəy bildiriblər./// premyerliqa.az