Fontu böyüt:
Bu gün Barselonada (İspaniya) “Mobile World Congress 2009” mobil texnologiyalar üzrə beynəlxalq sərgi işə başlayıb.
“Azerfon” şirkətinin Bakıdakı baş ofisindən “APA-ECONOMICS”ə verilən məlumata əsasən, bu tədbirdə Azərbaycanı ölkənin üçüncü mobil operatoru olan “Azerfon” şirkətinin rəhbərliyi təmsil edir.
Fevralın 19-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 50 mindən artıq ziyarətçinin iştirak edəcəyi gözlənilir.
Bu il sərginin iştirakçıları arasında 1 286 şirkətin nümayəndəsi qeydiyyata alınıb. Bunlar dünyanın ən iri mobil telefon və telekommunikasiya avadanlığı istehsalçıları və operatorlardır. Sərgi ilə yanaşı “Mobile World Congress 2009” çərçivəsində seminarlar da keçiriləcək.