Fontu böyüt:
Verilən məlumata görə, Misirdə hökumət əleyhinə keçirilən nümayişlərə dəstək verən "Google" şirkətinin idarəçilərindən biri dünən həbs edilib. Əslən misirli olan sahibkar və "Google" şirkətinin bu ölkədəki top-meneceri Vael Qoneimin yeri məlum olub. O, yanvar ayınnın 27-dən yoxa çıxmışdı. Yaxınları onu sonuncu dəfə yanvarın 27-də keçirilən nümayişlərdə görüblər. Dünən məlum olub ki, o, nümayişlər zamanı həbs edilib. Vaelin bu gün azadlığa buraxılacağı bildirilir. Misir hökuməti isə, tezliklə “Google” icraçısının azadlığa buraxılacağını bəyan edib.
Bu arada qeyd edək ki, “Google” şirkəti Misirdə nümayişlər başlayan vaxtdan məlumtların dünya KİV-lərinə çatdırılması üçün xidmətlər göstərib. Misirlilərin insanları nümayişlərə yığmaq üçün ən çox istifadə etdikləri “Tvitter” mikrobloqu da xalq etirazları zamanı böyük xidmətlər göstərib. “Quql” (Google) şirkəti isə internetdən tamamilə məhrum edilmiş Misir əhalisi üçün internetə çıxış olmadan məlumatların “Tvitter” mikrobloquna ötürülmə xidmətini yaratmışdı.
Ümumilikdə demək olar ki, əksər dünya ölkələrində ciddi xalq nümayişləri zamanı iinternet şəbəkələri böyük rol oyanıyr. Belə ki, iki il öncə Çində uyğurların hakimiyyətə qarşı etirazları zamanı da onların ən əsas dəstəkləyicisi sosial şəbəkələr və digər internet resursları olub. Bəlkə də elə ona görə, müəyyən ölkədə nümayişlər başlayan zaman hakimiyyətlər ilk növbədə interneti məhdudlaşdırmağa çalışır.
“Deyerler.org”a bununla bağlı münasibət bildiriən gənc bloqçu Əli Novruzov hesab edir ki, bu və ya digər sosial şəbəkə və ya bloqlar hər hansı ölkələrdə nümayişlərə ciddi dəstək vermək gücündə deyil: “Bildiyiniz kimi, Misirdə nümayişlər başlanan zaman internet hakimiyyət tərəfindən dayandırılmışdı. Bu qorxu hakimiyyətdə var idi. Lakin bu, o demək deyildi ki, xalq internet şəbəkələri vasitəsilə nümayişlərə qalxa bilər. Təbii ki, onlar informasiyaların yayılmasında böyük rol oynayır. Lakin nümayişlərin gedişatına ciddi təsir göstərmir”.