Fontu böyüt:
“Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə də giriş məhdudlaşdırılıb
Belarusda vəziyyət olduqca gərginləşib. Hətta ölkənin heç bir yerindən “Facebook”, “Twitter”, “VKontakte”, “Odnoklassniki.ru” kimi sosial şəbəkələr, eləcə də “Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə giriş bağlanıb.
Belə ki, Belarusun ən iri xəbər portallarından biri olan “Tut.by”ın da internet vasitəsilə şifrə edilmiş birləşmələrin təyin edilməsində istifadə edilən SSL (TCP-port 443) texniki xidmət bağlanılıb. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu, ancaq ölkə xaricinə çıxmaq üçün fəaliyyət göstərən xidmətlərə şamil edilib.
Bununla belə, müəllif tərəfindən təsdiq edilməmiş istifadəçilərin (logini olmayan) adı çəkilən saytlara girişləri məhdudlaşdırılmayıb.