21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
2014-cü ilədək Yaponiyanın məişət elektronikası istehsalçısı “Panasonic” şirkəti yarımkeçiricilərin istehsalı ilə məşğul olan əməkdaşlar ştatını iki dəfə azaldacaq və xarici aktivlərdən imtina edəcək.
Belə ki, şirkətin İndoneziya, Çin, Malayziya və Sinqapurda yerləşən fabrikləri fəaliyyətini dayandıracaq və bəziləri satışa çıxarılacaq. Yarımkeçiricilərin istehsalı üzrə bölmədə iş yerlərinin sayı ümumilikdə 14 mindən 7 minədək azaldılacaq. Qeyd edək ki, yarımkeçiricilər sahəsi Yaponiya istehsalçısının fəaliyyətini məhdudlaşdırdığı üçüncü istehsal sahəsidir.
Cari ilin avqustun sonunda şirkət tələbatın az olması səbəbindən smartfonlar bazarını tərk edib, oktyabrın əvvəlində plazma panellərin istehsalını dayandırıb. Şirkətin hələlik mənfəət əldə etdiyi yeganə sahə günəş batareyaları və tibbi avadanlıq istehsalıdır.
Bu il “Panasonic” avtomobil elektron cihazları kimi bazarlarda iştirakını genişləndirmək, habelə radar və parktroniklərin istehsalına başlamaq qərarına gəlib. Bundan başqa, istehsalçının dünya televizor bazarındakı payı da azalmaqda davam edir. Belə ki, Yaponiyanın “Sony”, “Panasonic” və “Sharp” şirkətlərinin dünya televizor bazarında payı ümumilikdə 20 faizi ötmür. Öz növbəsində Koreya istehsalçıları “Samsung” və “LG Electronics” bazarda müvafiq olaraq 27,7 və 15 faizlik paya sahibdirlər,