Fontu böyüt:
“İnformasiya asılılığı problemləri və onlarla mübarizə yolları” adlı ekspress-informasiya kitabçası AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları” nəşriyyatında çap olunub.
Kitabçanın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev və institutun böyük elmi işçisi Rasim Mahmudovdur. Nəşrin elmi redaktoru isə texnika elmləri namizədi Rəşid Ələkbərovdur.
İnformasiya cəmiyyəti seriyasından olan ekspress-informasiyada informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq kəsb edən informasiya asılılığı problemləri araşdırılır. Addiktologiyanın yeni tədqiqat sahəsi olan informasiya asılılığının yaranma səbəbləri, xüsusiyyətləri və doğurduğu fəsadlar göstərilir. Daha ətraflı məlumatı www.ict.az saytından əldə edə bilərsiz.