Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqi aparılır.
Monitorinqin daha öncəki gedişatı haqqında sizə məlumat vermişdik.Multimedia Mərkəzindən xeberler.az-a daxil olan məlumata əsasən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqi artıq başa çatmaq üzrədir.Bu məqsədlə Multimedia Mərkəzi tərəfindən 29 oktyabr 2009 - cu il tarixdə , saat 11.00-da , Azərbaycan Media Mərkəzində “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması : real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada ictimai əhəmiyyətli informasiyaların internet resurslar vasitəsilə yayılması sahəsində mövcud vəziyyət və problemlər, dövlət qurumlarının və bələdiyyəlkərin internet resurslarının bu sahədəki rolu ətrafında müzakirələr aparılacaq.
Dəyirmi Masada 50 dövlət qurumunun və 10 Bələdiyyənin rəsmi internet resurslarının cari il ərzində həyata keçirilən informasiya açıqlığı üzrə Monitorinqinin nəticələri açıqlanacaq. Dövlət qurumlarının və bələdiyyələrin informasiya açıqlığı üzrə Reytinq Cədvəli təqdim olunacaq.
Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.
Tədbir ACİ-Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində keçirilir.